Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XƏLİLULLAH ərəb.

Xalil və mürəkkəb adların tərkibində işlənən Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Xəlilulla (bax: ad – XƏLİL; ÜLLAH) kişi adı Allahın sevimlisi, Tanrının dostu, Allahın istəklisi anlamlarını ifadə edir. Adın təhrif olunmuş formaları Xəlilulla, Xəliyulla da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün ad, əsasən, Xəlilulla, Xəliyulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti