1. Gözlə görünən, lakin reallıqda mövcud olmayan səhnələrin yaradılmasına, kadrların hazırlanmasına imkan verən texnologiyaların cəmi.
V.E. texnologiyasından hər hansı səhnənin çəkilişi çox bahalı və ya təhlükəli, habelə qeyri-mümkün olduğu halda istifadə edilir. Bunun üçün kadrlar kombinə edilir, yaxud kompüter qrafikası üsulu tətbiq olunur.
2. Təsvirə xas olmayan xüsusiyyətin, elementin müşahidəçinin gözünə görünməsini təmin edən texnologiya.
Məsələn, təsviri sənətdə bəzi texnologiyalar müşahidəçidə hərəkətsiz dairənin fırlanması təəssüratı yaradır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti