Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

UMMGÜLSÜM

ərəb. Umm Gülsüm adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əslində ərəblərdə künyədir, çünki Ummgülsüm (bax: ad – UMM; GÜLSÜM) qadın adı Gülsümün anası anlamına gəlir. Şərqdə geniş yayılmış qadın adıdır. İslam tarixindən məlum olduğu kimi, Umgülsüm Məhəmməd Peyğəmbərin qızının, nəvəsinin, həm də nəticəsinin adı olmuşdur. Adın təhrif olunmuş forması Umkürsüm də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti