ərəb. tovuz rəngarəng tükləri və iri yarımdairə şəklində quyruğu olan, Cənubi Asiya ölkələrində yaşayan çox gözəl quşun adıdır.
Məcazi mənada bəzənib-düzənmiş, çox gözəl anlamındadır. Tovuz qadın adı da sözün məcazi mənası ilə əlaqədardır. Adın təhrif olunmuş Tavus, Tavuz formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Tovuz qadın adı bəzi türk xalqlarının dillərində Tavus şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti