ərəb. tamil sözündən olması ilə bağlı məlumatlar mövcuddur. Tamilla qadın adının slavyan dillərində tomiti (incitmək, yormaq, əziyyət vermək) feilindən olması barədə izahlı lüğətlərdə məlumatlara rast gəlinir.
Azərbaycan məişətinə XX əsrin otuzuncu illərindən daxil olmuş Tamilla qadın adı çox zaman fransız yazıçısı F.Düşenin “Tamilla” romanının dilimizə tərcüməsi ilə əlaqələndirilir. Azərbaycan antroponimikasına Tamilla adının rus dilindən keçməsi daha inandırıcı görünür. Adın təhrif olunmuş Tamella, Tomella, Tamilə formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti