ərəb. tabarrük sözündən olub, xoşbəxtlik, uğur gətirən, şəfa tapılan müqəddəs torpaq, su, müqəddəs adamın geyimindən bir parça və s. anlamındadır.
Az tapılan, hər deyəndə ələ düşməyən kimi məcazi mənalarda da işlənir. Təbərrük qadın adı sözün məcazi mənası ilə bağlıdır. Adın təhrif olunmuş Təbərrik forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti