ərəb. sabiha sözündən olub, gözəl, qəşəng, yaraşıqlı, həmçinin insanı üzən, üzücü mənalarını ifadə edir.
Səbihə qadın adı sözün gözəl, qəşəng, yaraşıqlı mənaları ilə əlaqədardır. Türk antroponimik vahidlər sistemində mövcud Səbihə qadın adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın təhrif olunmuş forması Səbuhə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Adın məşhur daşıyıcılarından ilk türk pilot qadın, Mustafa Kamal Atatürkün övladlığa götürdüyü qızlardan biri Səbihə Gökçən (1913-2001) dünya tarixində qırıcı təyyarədə pilot vəzifəsində çalışmış ilk qadındır. Hazırda İstanbulun ən böyük hava limanlarından biri Səbihə Gökçənin adını daşıyır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti