Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

süxurlar

Yer qabığını təşkil edən təbii mineralların cəmi.

S. müstəqil əmələ gələn, kimyəvi tərkibi və fiziki xassələrini, demək olar, dəyişməyən yekcins, yaxud qarışıq minerallardan ibarətdir. Mineral dənələrinin forması, ölçüsü, qarşılıqlı yerləşməsi S.-ın strukturunu və teksturunu müəyyənləşdirir. Mənşəyinə görə onlar maqmatik, metamorfik və çökmə S.-a ayrılır. Yer qabığının 90%-ni  maqmatik və metamorfik, 10%-ni çökmə S. təşkil edir. Lakin Yer səthi sahəsinin 75%-i çökmə süxurlardan formalaşıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti