isp. reconquista < reconquistar – geri alma, geri qaytarma
VIII əsrdə ərəblər və bərbərlərin Pireney yarımadasında ələ keçirdikləri torpaqların geri qaytarılması uğrunda bu yarımadanın köklü xalqlarının uzunmüddətli mübarizəsi.
718-ci ildə Kovadonqa yaxınlığında döyüşlə başlanan R. 1492-ci ildə Qranada əmirliyinin süqutu ilə sona çatıb. Bununla da ərəblərlə bərbərlər Pireney yarımadasından tamamilə çıxarılıblar.
Tarix terminləri lüğəti