ərəb. rabia sözündən olub, dördüncü mənasındadır. Əslən Bəsrədən olan zahid Rabiyə əl-Adavinin adındandır.
Günlərin birində Rabiyə Bəsrəli səhrada bir itin susuzluqdan can verdiyini görür. Ona su verməyə ətrafda bir qab görməyən xanım tez hörüklərini kəsib ip düzəldir. Paltarını da o ipə bağlayıb su quyusuna salır. Quyudan çıxardığı yaş paltarları sıxaraq itə su verməyə müvəffəq olur və beləliklə də iti ölümdən xilas edir. Kifayət qədər xeyirxah hərəkətlərinə görə mömin qadın olan Rabiyə Bəsrəli övliya zümrəsinə daxil edilmişdir. Rabiyə qadın adı vaxtilə ailədə dördüncü qız övlada verilərmiş. Sonradan Şərq xalqlarının məişətində olduğu kimi, türk dünyasında da yayılmışdır. Bu gün yalnız orta və yaşlı nəslin nümayəndələri arasında Rabiyə qadın adına təsadüf edilir. Adın təhrif olunmuş forması Rəbiyə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Rəbiyə şəklində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti