Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QƏSƏB

ərəb. qəssab sözündəndir. Azərbaycan dilində ümumişlək sözlərdən olan qəssab inək, qoyun və s. heyvan kəsib ətini satmaqla məşğul olan adam mənasını ifadə edir.

Sonradan Qəssab adı təhrif olunaraq Qəsəb, Qəssəb, Qəsəf, hətta bəzi bölgələrdə Qəsif formasına düşmüşdür. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qəssab, eləcə də adın təhrif olunmuş formaları olan Qəsəb, Qəssəb, Qəsəf bu gün yalnız soyadlarda yaşayan (Qəsəbov, Qəsəbli, Qəsəbzadə) kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti