Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QƏNDİL

ərəb. qandil sözü dilimizdə asma çıraq, asma lampa, həmçinin xoşbəxt mənasındadır.

Qəndil kişi adı da işıqla, nurla əlaqədardır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Qəndil/Qəndili adı artıq köhnəlmiş şəxs adlarından olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Adın təhrif olunmuş forması Qəndili də sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti