Yer öz oxu ətrafında fırlanarkən şimalda və cənubda hərəkətsiz qalan nöqtələr.
Bu nöqtələrdə Yerin xəyali oxu Yer səthi ilə kəsişir. Yer Q.-də ancaq bir cəhət var: Şimal Q.-də dayanan adamın hər tərəfi cənub, Cənub Q.-də dayanan adamın hər tərəfi şimal olur. Yer Q.-də vaxtın gündüz və gecə, gün və ay bölgüsü yoxdur, çünki günəş ilin bir yarısını üfüqün arxasına keçmir, digər yarısında isə üfüqün arxasından görünmür. Şimal Q.-ü üzərində səmada qütb ulduzu yerləşir və ona görə cəhətləri təyin etmək olur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti