Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

porfir

yun. porphyreos – tünd-qırmızı

Porfir quruluşlu turş paleotip effuziv süxurların ümumi adı.

Bu süxurlar qələvi çölşpatı, turş plagioklaz, kvars, biotit, nadir hallarda hornblend fenokristalları, mikrofelzit və ya minerallardan ibarət əsas kütlə ilə xarakterizə olunur. Bəzən əsas kütlə şüşədən və ya kristallaşmış şüşədən ibarət olur. Adı Qədim Romada bəzək və heykəllər üçün geniş istifadə olunan xüsusi qırmızı süxurdan (antik P.) götürülmüşdür.

See also:

Coğrafiya terminləri lüğəti