Reklam
Reklam

Tarix terminləri lüğəti

“Panavropa”

Fransa diplomatiyası tərəfindən 1929–1931-ci illərdə irəli sürülmüş siyasi-iqtisadi layihə.

Bu layihə Fransanın rəhbərliyi altında “Avropa xalqları federasiyası”nın (“Avropa xalqları birliyi”nin) yaranmasını nəzərdə tutub. O, Fransanın Avropada hegemonluğunu təmin etmək və SSRİ-dən gələn təhlükələri neytrallaşdırmaq məqsədi daşıyıb. P. layihəsi Fransa xarici işlər naziri A.Brian tərəfindən irəli sürüldüyü üçün bəzən “Brian planı” da adlanır. Lakin həmin layihəni həyata keçirmək mümkün olmayıb.

Tarix terminləri lüğəti