Reklam
Reklam

Tarix terminləri lüğəti

Neolit dövrü

yun. neos – yeni + lithos – daş

Yeni Daş dövrü.

Daş dövrünün son mərhələsi olan N.D.-ndə mənimsəmə təsərrüfatından (yığıcılıq və ovçuluqdan) istehsal təsərrüfatına (əkinçilik və maldarlığa) keçid başlanıb, əyiricilik və toxuculuq yaranıb, gil qablar geniş yayılıb, daş alətlərin hazırlanma texnikası ən yüksək səviyyəyə çatıb. Cilalı daş baltaların ilk istehsalı və istifadəsi də məhz həmin dövrə təsadüf edir. Əhali tədricən oturaq həyat tərzini mənimsəyib və bununla əlaqədar ilk kəndlər meydana gəlib. Son tədqiqatlara görə, bəşəriyyət tarixində N.D.-nə əvvəlcə Yaxın Şərqdə məskunlaşmış tayfalar təqribən e.ə. IX minillikdə qədəm qoyublar. Azərbaycanda N.D.-nə aid bir sıra maddi mədəniyyət nümunələri – Qobustan abidələri (Ovçular zağası, Ana zağa, Firuz, Böyükdağ), Qaraköpəktəpə, Damcılı mağarası, Yanıqtəpə və Həsənlinin alt təbəqələri – aşkarlanıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti