ərəb. nail sözündən olub, dilimizdə əldə etmək, müvəffəq olmaq, çatmaq, yetmək, həmçinin istəyinə çatmaq, arzusuna yetmək, müvəffəq olmaq anlamlarını ifadə edir.
Nail kişi adından (bax: ad – NAİL) ənənəvi yolla yaranmış Nailə XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış qadın adları sırasındadır. Qədim ərəb adlarındandır. İslam tarixində Nailə adını daşımış bir çox məşhur qadınlar məlumdur. III Xəlifə Osman ibn Əffanın həyat yoldaşının adı da Nailə olmuşdur. Adin təhrif olunmuş forması Nayilə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti