yun. meta – arasında, sonra, vasitəsilə + yun. soma – kütlə
Yüksək kimyəvi aqressivli məhlulun təsiri ilə süxurda bir və ya bir neçə mineralın başqaları ilə əvəz olunması.
M.-də köhnə mineralların həll olması yeni mineralların yaranması ilə eyni vaxtda baş verdiyindən süxur bütün proses ərzində bərk halını və həcmini dəyişmir. M. nəticəsində metasomatitlər, metasomatik süxurlar (skarnlar, qreyzenlər, karbonatitlər, propilitlər və s.) əmələ gəlir.
Coğrafiya terminləri lüğəti