Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MƏLAİKƏ

ərəb. malak sözündəndir (bax: ad – MƏLƏK), mələklərin cəmi anlamındadır. Klassik ədəbiyyatda da, danışıqda da gözəllik simvolu kimi işlənir.

Məlaikə qadın adı çox gözəl, gözəllər gözəli mənasını ifadə edir. Adın təhrif olunmuş forması Məleykə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün ad məişətimizdə yalnız Məleykə şəklindədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti