Luiza/Lauza qadın adı XX əsrin 20-ci illərindən sonra məişətimizə rus dili vasitəsilə daxil olmuş şəxs adları sırasındadır.
Lüğətlərdə Luiza qadın adının mənşəyi barədə müxtəlif fikrlər mövcuddur. Fransız, ingilis, alman dillərində mövcud şəxs adları lüğətlərində Luiza qadın adının fransız dilində Lui (Lüdoviq, Luis) kişi adından formalaşması, məşhur döyüş, şərəfli döyüşçü mənalarını ifadə etməsi qeyd olunur. Rus dilində qədim yəhudi dilindən alınma Luiza, Lauza (həmçinin Liza, Eliza) adlarının Tanrı yar oldu, Allah kömak oldu mənalarını ifadə edən Elizaveta qadın adının kiçiltmə forması olub, sonradan müstəqil qadın adı kimi rəsmiləşməsi barədə məlumatlar mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti