Reklam
Reklam

Tarix terminləri lüğəti

Kavkasion tipi

Avropoid irqinin Şimali Qafqaz, Gürcüstan və bir sıra ətraf ərazilərdə yayılmış növü.

Termin Qafqazın gürcücə adı – «Kavkasioni» sözü əsasında yaradılıb. Balkarlar, inquşlar, qaraçaylılar, osetinlər, rutullar, avarlar, Qərbi Dağıstanın bəzi xalqları və gürcülərin dağlıq ərazilərdə yaşayan etnoqrafik qrupları K.T.-nə aid edilir. Hündür boy, başın en və xüsusilə uzununa diametrinin böyük ölçüləri, habelə enli sifət, yaxşı inkişaf etmiş qaşüstü qövslər, depiqmentasiyaya – ağarmaya meyil bu tipin əsas xüsusiyyətləri sayılır. Bəzi tədqiqatçılar K.T.-nin avtoxton, digərləri gəlmə olduğunu göstərir.

Həmçinin bax:

Tarix terminləri lüğəti