haçım sözündəndir. Azərbaycan dilində hörmətli, möhtəşəm, möhtərəm mənalarını ifadə edir.
Türkiyə türklərində də, digər türk xalqlarının məişətində də ərəblərdən alınma Haşım şəxs adı geniş yayılmışdır. Haşım kişi adı əsrlərdən bəri dilimizdə populyarlığını saxlamış antroponimlərdən hesab edilir. Azərbaycanda adın daşıyıcıları arasında tanınmış ziyalılar olmuşdur. Əməkdar Artist, müğənni Haşım Kələntərli (1899-1987), tanınmış ziyalı, müəllim, publisist, yazıçı və tərcüməçi Mir Haşım Vəzirov (1867-1916) və b. Mir Haşım Vəzirov Şuşada müsəlman-rus məktəbinin direktoru işləməklə yanaşı şəhər bələdiyyə idarəsinə qlasnı seçilmiş ictimai həyatda baş verən hadisələrin də fəal iştirakçısı olmuşdur. Millətinin təəssübkeşi kimi tanınan ziyalı 1905-1906-cı illərdə erməni millətçilərinə qarşı mübarizəsinə görə Şuşadan Stavropola sürgün edilmişdi. Xəstəliyi ilə əlaqədar Şuşaya dönməsinə icazə veriləndən sonra qəzetlərdə jurnalistlik fəaliyyətini davam etdirmişdi. Yazıçılıq fəaliyyətində köhnəliyi, ailə-məişət məsələlərində xəstə əhvali-ruhiyyələri gülüş obyekti seçən Mir Haşım Vəzirov rus dilindən çoxlu sayda tərcümələr etmişdir, Şekspirin məşhur əsəri olan “Otello”nun ilk tərcüməsi də ona məxsusdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti