göy sözündəndir. Bildiyimiz kimi, Azərbaycan dilində göy sözü bir neçə anlamı ifadə edir: 1. Yer üzərində mavi rəngdə görünən fəza, boşluq; 2. Göy rəng. Yamyaşıl mənasında da işlənə bilir; 3. Yetişməmiş, kal, hələ göydü mənasında.
Dialektlərdə göy sözünün simic, xəsis, əlibərk, eləcə də kürəkən mənalarında işləndiyi məlumdur. Qeyd etmək lazımdır ki, müasir Azərbaycan dilində yalnız bir rəngin adını bildirən göy sözü keşmişdə mavi, boz, eləcə də yuxarıda göstərdiyimiz kimi, yaşıl rəngi də bildirmişdir. Bu gün də əslində yaşıl rəngdə olan göyərtiyə çox zaman elə göy deyirlər. Təbiət dirçəlib hər yer yaşıllaşanda “ot göyərir” deyilir. Göy sözünə -ca qüvvətləndimə ədatının qoşulması ilə düzələn göycə gömgöy, yamyaşıl məzmunu kəsb etmişdir. Başqa sözlə, Azərbaycan dilində müştərək adlardan olan Göycə şəxs adı göy sözünün ikinci mənası, yəni yamyaşıl mənası ilə əlaqədardır. Göycə, yəni gömgöy, hər yanın yamyaşıl olması mənasındadır. Adın təhrif olunmuş forması Göyçə də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məlum olduğu kimi, Azərbaycanda göy sözünün işləndiyi kifayət qədər toponim də məlumdur. Məsələn, Göyçay, Göytəpə, Göynük və s. Qərbi Azərbaycanın qədim ərazisində türkmənşəli Göycə/Göyçə toponimi Göycə/Göyçə mahalı məlumdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti