lat. foederatio – ittifaq, birlik
1. Hüquqi cəhətdən müəyyən siyasi müstəqilliyi olan bir neçə dövlətin vahid ittifaq dövlətində birləşməsi; dövlət quruluşu forması.
Tam suverenliyinə malik olmasa da, daxili siyasətin gerçəkləşməsində kifayət qədər səlahiyyətlərə sahib subyektlərin mövcudluğu F.-nın əsas özəlliyi hesab edilir. F.-nın ərazisi onun tərkibinə daxil olan subyektlərin ərazilərinin məcmusundan yaranır. Belə dövlətdə ali qanunverici, icraedici və məhkəmə hakimiyyəti federal orqanlara məxsus olur, subyektlər arasında səlahiyyət bölgüsü isə federal konstitusiya ilə müəyyən edilir. ABŞ, Almaniya, Hindistan, Avstraliya, Braziliya kimi dövlətlər F.-lara misal ola bilər.
2. Müxtəlif partiya, ictimai təşkilat, klub və s. təsisatların beynəlxalq, yaxud milli səviyyəli birliyi; məs.: Beynəlxalq Demokrat Qadınlar F.-sı, futbol F.-sı.
Tarix terminləri lüğəti