füzuli gərəksiz, yersiz, mənasız, eləcə də haqsız, qeyri-qanuni, özünə aid olmayan işlərlə məşğul olan, çoxdanışan, naqqal, həmçinin fəzilətli, mərifətli, elmli, ləyaqətli, çağırılmamış qonaq mənalarını ifadə edir.
Füzuli kişi adı Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasındadır. Görkəmli Azərbaycan şairi, universal bilik sahibi, alim, filosof, hər şeydən əvvəl böyük söz ustadı Məhəmməd Füzulinin təxəllüsündən yaranmış ad XX əsrin otuzuncu illərindən etibarən məişətimizdə geniş yayılmışdır. Adın təhrif olunmuş forması Fizuli də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti