yun. èthnos – xalq, tayfa + lat. centrum – çevrənin mərkəzi
Doğma etnosu və onun mədəniyyətini etalon, nümunə kimi qəbul edən milli-siyasi konsepsiya; insanda həyatın bütün təzahürlərini öz etnik toplumunun dəyərləri prizmasından qiymətləndirmək meyli.
E. termini ilk dəfə 1906-cı ildə amerikalı sosioloq U.Samner tərəfindən işlədilib. ABŞ tədqiqatçıları M.Brüer və D.Kempbell E.-in, yaxud etnomərkəzçiliyin üç əsas əlamətini göstərirlər: doğma mədəniyyətin təbii və düzgün, yabançı mədəniyyətlərin isə qeyri-təbii və səhv olmasına inam; doğma xalqın adətlərinin universal xarakterə malik olması düşüncəsi; doğma xalqın nümayəndələri ilə fəxrlə əməkdaşlıq edilməsi, onlara geniş yardım göstərilməsi və əksinə, yabançı xalqların düşmən qismində dəyərləndirilməsi.
Həmçinin bax: