elçi sözü dilimizdə, əsasən, nümayəndə anlamını ifadə etsə də, bir neçə məna da ifadə edir: 1. Bir dövləti başqa bir dövlətdə təmsil edən diplomatik nümayəndə, səfir; 2. Oğlan və ya onun adamları tərəfindən evlənmək məqsədilə qız istəmək üçün qız evinə göndərilən şəxs; 3. Müəyyən məqsədlə və ya rəsmi danışıqlar üçün bir yerə göndərilən şəxs; nümayəndə; 4. mac. Müjdəçi, xəbərgətirən. Elçi kişi adı hər hansı məqsədlə müəyyən xəbər gətirən mənasındadır.
Azərbaycan şəxs adları sistemində mövcud Elçi kişi adı əslində İslam dini ilə, daha dəqiq, Məhəmməd Peyğəmbərlə əlaqədar adlar sırasındadır. İslam dinində məhz Məhəmməd Pеyğəmbər Allah tərəfindən göndərilmiş sonuncu (Хatəmul-ənbiya) еlçi hesab edilir. Bu gün artıq dilimizin antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Elçi yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti