darzi paltar biçib tikən ustaya deyilir.
Dərzi Azərbaycan antroponimikasında sənət-peşə adlarından yaranmış kişi adları sırasındadır. Məişətimizdə köhnəlmiş şəxs adları sırasında olan Dərzi bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Dərzi adından formalaşmış soyadların Azərbaycanda kifayət qədər mövcud olması məişətimizdə yaxın keçmişə qədər adın geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti