Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

cavan platformalar

fr. plate forme – yastı forma

Kontinental Yer qabığının, əsasən, Fanerozoy eonunda (Kaynozoy, MezozoyPaleozoy eraları) formalaşmış, fundamentdən və üzlükdən ibarət böyük sahələri.

Geosinklinallardan fərqli olaraq platformalar Yer qabığının nisbətən sabit hissələridir: burada tektonik fəaliyyət, demək olar ki, müşahidə olunmur. Avrasiya litosfer tavası üzərində yaranmış Turan, Ön Qafqaz, Qərbi Sibir platformaları C.P.-a aid edilir. C.P. qitələrin ümumi sahəsinin təxminən 5%-ni tutur və qədim platformaların ətrafında, yaxud arasında yerləşir.

See also:

Coğrafiya terminləri lüğəti