Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

canlandırmaq [cannandırmax] feil

1. Can vermək, diriltmək; ayıltmaq, özünə gətirmək. □ Huşunu itirmiş adamı canlandırmaq. Bu düşüncələr onu canlandırırdı.
2. Məcazi mənada: yeni həyat vermək, dirçəltmək, şənləndirmək; canlı göstərmək. □ Dəmir yol ucqar yerləri canlandırdı.
3. Məcazi mənada: unudulub getmiş, yox olmuş bir şeyi hafizədə bərpa etmək, yada salmaq, onun haqqında aydın təsəvvür yaratmaq. □ ...Şairin şüuru ... o qorxunc mənzərələri yenidən canlandırır... (Ə.Məmmədxanlı).
4. Məcazi mənada: gücləndirmək, fəaliyyətini daha da artırmaq. □ Kənddə ticarəti canlandırmaq. İşləri canlandırmaq lazımdır.
5. Şənləndirmək, hərəkətə gətirmək. □ Qəhrəman sakit olmuş məclisi canlandırdı. (Ə.Vəliyev).

Həmçinin bax:

frazeologizm: təsəvvüründə canlandırmaq Azərbaycan dilinin izahlı lüğəti