canı (məns. ş. can sözü) sözündəndir. Canı şəxs adı təxminən səkkiz yüz il öncə mövcud olmuş Qızıl Ordu dövlətində hökmdarlardan birinin adındandır.
Tarixdən məlum olduğu kimi, Qızıl Orda dövlətində XIII əsrin 80-ci illərindən etibarən başlayan daxili çəkişmələr və ziddiyyətlər dövləti xeyli zəiflətmişdi. Lakin hakimiyyətə gələn Özbək xan ara müharibələrinə son qoya bildi. Özbək xanın və oğlu Canı bəyin hakimiyyəti döv- ründə (1341-1357) dövlətin türkləşməsi prosesi başa çatdı. Canı bəyin hakimiyyəti illərində dövlət hərbi cəhətdən də xeyli gücləndi. Lakin Canı bəyin öldürülməsindən sonra Qızıl Ordada yenidən daxili çəkişmələr gücləndi. S.İbrahimovun “Qaşqaylar” kitabında Canı antroponimi ilə əlaqədar qeyd edilir ki, “... vax- tilə Xələcistandan Farsa köçmüş xələclərin Şahılı tayfasının rəisi (kələntəri və ya kəndxudası) Canı ağanın ətrafında birləşmək üçün toplanan tayfa və qəbilələr Qaşqay adı altında böyük bir el birliyinə çevrilmişdir...”. Canı ağa Qaşqay elinə təyin edilmiş ilk elbəyidir. Beləliklə, bir vaxtlar ilk elbəyi təyin olunmuş Canı ağanın adındandır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Canı bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti