calil uca, yüksək, böyük, ali, hörmətli (Yaradana məxsus) mənasındadır. Allahın məlum 99 adından olan əl-Cəlil ən uca (ali, yüksək, hörmətli) sifətləri olan (Allah) mənasındadır.
Adın məşhur daşıyıcılarından XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən olan, dahi yazıçı və publisist, mütəfəkkir və ictimai xadim, el arasında ehtiramla Mirzə Cəlil kimi müraciət edilmiş Cəlil Məmmədquluzadə (1869-1932) həm də məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru, tənqidi realist üslubun, eləcə də “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti