Eyni növə və ya növlər qrupuna daxil olan canlıların, yaxud onların hamısının hər hansı sahə vahidinə düşən ümumi kütləsi.
Əksər hallarda quru və yaş maddə kütləsi ilə (q/m², q/m3, t/km², kq/ha və s.), bəzən başqa müvafiq vahidlərlə ölçülür. XXI əsrin əvvəllərinə olan hesablamalara görə, Yer planetinin ümumi kütləsinin cəmi 0,1%-ni B. təşkil edir. Tədqiqatlar göstərir ki, planetin quru səthində B.-nin minimum 97%-i bitkilərin (fitokütlə), maksimum 3%-i heyvan və mikroorqanizmlərin (zookütlə), 0,014%-i isə insanların payına düşür. Müxtəlif ərazilərdə bu nisbət kəskin fərqlənir. Okeanlarda B.-nin 93 faizdən çoxunu zookütlə, qalan hissəsini fitokütlə təşkil edir.
Coğrafiya terminləri lüğəti