1. Taxılı, otu oraq, dəryaz, maşın və s. ilə kəsmək. □ Taxılı biçmək. Otu biçmək. Tarlanı biçmək. Ertəykən əkən erkən də biçər. (Atalar sözü). Əkməsən, biçməzsən. (Atalar sözü).
2. Məcazi mənada: götürmək, əldə etmək mənasında. □ Nə əkərsən, onu biçərsən. (Atalar sözü). Hər kəs öz əkdiyini biçər. (Atalar sözü).
3. Parçadan boya, bədənə görə paltar və s. kəsmək; ümumiyyətlə, kəsmək. □ Şalvar biçmək. Palto biçmək. Biçməmiş tikmək olmaz. (Atalar sözü). Yüz ölç, bir biç. (Atalar sözü).
4. Məcazi mənada: qırxmaq. □ Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı. (S.Rəhimov).
5. Məcazi mənada: kütləvi surətdə qırmaq, öldürmək, məhv etmək (bəzən “biçib-tökmək” şəklində işlənir). □ İldırımmisal qılıncı ilə düşmənləri biçib-tökür. (M.Hüseyn).
Həmçinin bax: