Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BAXŞI

türk dillərində baxçi sözündəndir, səyyar xanəndələr, həkim, ovçu anlamındadır. Bəzi lüğətlərdə kahin, şaman, ustad, aşıq mənalarını ifadə etdiyi barədə məlumatlara rast gəlinir.

Qədim türk dillərində səyyarxanəndələrə verilən adlardan olmuşdur. Bununla yanaşı, Baxşı sözü dilimizdə bir neçə məna ifadə edir: 1.Yaradıcı aşıq, ifaçı aşıq – xanəndə; 2. Alim, müəllim; 3. Eşqə düşən, vurulan aşiq; 4. Katib; 5. Yazıçı, yazar. Baxşı şəxs adı sözün birinci mənası ilə əlaqədardır. Araşdırmalarda sözün qədim hindsanskrit və ya çin dillərindən Orta Asiya türk dillərinə keçməsi barədə qeyd edilir. Güman edilir ki, bu yolla Azərbaycan dilinə keçmişdir. XX əsrin əllinci illərində Baxşı adının yenidən populyarlıq qazanmasına Mir Сəlal Paşayevin “Bir gəncin manifesti” əsərinin də müəyyən təsiri olmuşdur. Əsərin gənc, həssas, vətənpərvər qəhrəmanı Baxşı oxucunun qəlbində dərin hislər buraxmışdı.

Azərbaycan şəxs adlarının izahlı lüğəti