Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BATI türk mənş.

batı sözündəndir.Azərbaycan dilində bir neçə məna ifadə edir: 1. Qərb, məğrib, günəşin batdığı hissə; 2. Qiymətli daşlar, daşqaş. 3. Güclü, qüvvətli. Batı şəxs adı sözün birinci mənası ilə əlaqədardır.

Çox qədim türk antroponimlərindəndir. Türk xalqlarının tarixində Cuçi xanın böyük oğlunun, Qızıl Orda dövlətinin banisi Batı xanın (12071256) adındandır. Batı xanın Polşa və Macarıstan ordularını məğlub etdikdən sonra qurduğu dövlət Rus torpaqları və Qafqazda 250 il hegemonluq etmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Batı bu gün yalnız soyadlarda yaşayan kişi adları sırasındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti