Əruz və ya heca vəznində daxili qafiyə ilə yazılmış, formaca nəsri xatırladan mənzum əsər.
Həcmcə bir-iki səhifədən artıq olmur. Ədəbiyyatımızda bəhri-təvilin ən gözəl nümunələrini M.Ə.Sabir yaradıb: Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahü-fəğandır, məni yandırma, amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, necə əhli-qələmlər buraxıb canıma qəmlər. Rüfət Əhmədzadə, Rüfət Zəbioğlu, Baba Pünhan kimi satirik şairlərimizin də yaradıcılığında bəhri-təvil nümunələrinə təsadüf edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti