Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALİM ərəb.

alim sözü elmli mənasındadır. Hər hansı bir elm sahəsində mütəxəssis olan adam, biliyi çox, çox oxumuş, elmli (adam), hər şeyi ən incə nöqtəsinə qədər bilən, elmi əbədi və əzəli olan anlamını ifadə edir.

Məlum olduğu kimi, İslamda da, “Quran”da da elmli şəxslərə xüsusi hörmət, rəğbət aşılanır. Adın şəxs adı kimi formalaşmasında bu amillərin xüsusi əhəmiyyəti olmuşdur. İslam dinində Allahın məlum 99 adından biri də əl-Alimdir. Bu gün də Azərbaycanda Alim adını daşıyan kifayət qədər adama təsadüf edilir. Lakin Alimov soyadına çox nadir hallarda rast gəlinir. Hazırda Orta Asiya respublikalarında, eləcə də Rusiyada, xüsusən Rusiya Federasiyasının türk mənşəli xalqlarının yaşadığı ərazilərdə, məsələn, Tatarıstan Respublikasında, Dağıstan vilayətində və s. həm Alim adı, həm də addan formalaşmış soyadlar geniş yayılmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti