Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ADİL ərəb.

ədl sözündəndir. Qədim adlardan hesab edilən Adil kişi adı dilimizdə ədalətli, insaflı, ədalətlə iş görən, insafla hərəkət edən mənasındadır.

Nədənsə indi də ədalət deyəndə hökmdar, hakim, idarə edənlər yada düşür. Ərəb dilində ədl hər kəsə haqqını verən anamına gəlir. Qeyd etmək lazımdır ki, müsəlman alə- mində ədalətə verilən hökm hər zaman böyük olmuşdur. İslam mədəniyyətində ədalət qanundakı haqqın verilməsidir. Məlum olduğu kimi, İslam dinində əl-Ədl (ədalətli olan) Allahın məlum 99 adından biri olub, gerçəkliyi xəlq edən Allahın bütün insanların haqqını özünə verən, heç bir bəndənin haqqını tapdamayan olmaması anlamındadır. O, səbəbsiz olaraq insanların arasında fərq qoymaz, çünki adil olan həm də müdrikdir. Bu gün də Adil məişətimizdə geniş yayılmış kişi adları sırasındadır. Adil ifadə etdiyi mənaya görə zamanında ləqəb, təxəllüs olaraq da işlənmişdir. VI əsrdə İranın Sasani sülaləsindən olan Ənuşirəvan özünə Adil ləqəbini götürmüşdür. Sultan Mahmud Qəznəvinin atasını Əmir ən-Adil çağırırdılar (ədalətli əmir). Şərq ölkələrinin tarixində Sultan əl-Adil, Məlik əl-Adil, Vəzir əl-Adil kimi məşhurlar da olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, XXI əsrdə də Adil Azərbaycanda geniş yayılmış kişi adlarındandır. Azərbaycanda adın Ədil variantı da məlumdur. Adın daşıyıcılarından Xalq Artisti, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı Adil İsgəndərov (1910-1978) XX əsrdə teatr və kino sahəsində böyük xidmətləri olmuş rejissorlardandır. Bir rejissor kimi A.İsgəndərovun quruluş verdiyi dram əsərləri ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti