Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ağartmaq [ağartmax] feil

1. Ağ rəngə boyamaq, ağ rəng çəkmək. □ Hasarı ağartmaq. Tavanı ağartmaq. Üst-başını divara sürtüb ağartdı.

2. Soldurmaq, rəngini qaçırtmaq, bozartmaq.□ Paltar ipdə çox qaldığından günəş ağartmışdı.

3. Sürtüb təmizləmək, sürtüb parıldatmaq; qalaylamaq; təmizləyib düzəltmək, qaydaya salmaq. □ Qazanı ağartmaq.

4. Üzünü köçürmək, təmiz yazmaq.

5. Məcazi mənada: açıb demək, üstünü açmaq, üzə vurmaq, açıb-ağartmaq. □ Adam hər şeyi ağartmaz.

Həmçinin bax:

frazeologizm: baş ağartmaq frazeologizm: birçək ağartmaq frazeologizm: dişlərini ağartmaq frazeologizm: gözünü ağartmaq frazeologizm: məsələni ağartmamaq frazeologizm: saç ağartmaq frazeologizm: saç-saqqalını ağartmaq frazeologizm: saqqal ağartmaq frazeologizm: saqqalını dəyirmanda ağartmaq frazeologizm: sözü açıb-ağartmamaq frazeologizm: sözü ağartmamaq frazeologizm: üz ağartmaq frazeologizm: yol ağartmaq frazeologizm: yolunda saç ağartmaq Azərbaycan dilinin izahlı lüğəti