Onlayn lüğət

Ən son əlavə edilənlər

1

aba

aba sözünün mənşəyi, aba sözünün etimologiyası

Dialektlərdə çox işlənir, “ana” anlamını əks etdirir. Həvva sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

2

abad 1

abad sözünün mənşəyi, abad sözünün etimologiyası

1. Ərəbcə əbəd (əbədi) sözünün cəmidir, “həmişəlik” deməkdir.
2. Farsca isə “şən” mənasını verir, abadan sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

abad 2

abad sözünün mənşəyi, abad sözünün etimologiyası

Şəmsi təqvimlə 8-ci ayın adıdır (23 oktyabrdan 21 noyabra qədərki dövrü əhatə edir). Şəxs adı kimi buradan (ay adından) götürülüb. Digər aylar bunlardır: fərvərdin, ordibehişt, xordad, tir, mordad, şəhrivər, mehr, aban, dey, bəhmən, esfend....    Ətraflı

3

abay

abay sözünün mənşəyi, abay sözünün etimologiyası

Ərəbcə “əcdad”deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

4

abbas

abbas sözünün mənşəyi, abbas sözünün etimologiyası

Ərəbcə “qaşqabaqlı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

5

Abbasəli

Abbasəli sözünün mənşəyi, Abbasəli sözünün etimologiyası

Məhəmmədəli qəlibi üzrə imam Əlinin və onun oğlu Həzrət Abbasın adlarının birləşməsindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

6

abbası

abbası sözünün mənşəyi, abbası sözünün etimologiyası

I Şah Abbasın (1587-1620) adı ilə bağlı yaranmış sözdür. Gümüş sikkə olub, bizdə 20 qəpik dəyərində son vaxtlara qədər işlədilirdi, amma gümüş deyildi. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

7

abdal

abdal sözünün mənşəyi, abdal sözünün etimologiyası

Ərəb sözüdür, çox mənası var, ən çox “dərviş”, “dilənçi”, “müqəddəs”, “qul” mənalarında işlədilir. Sözün “müqəddəs” mənası bədil (əvəzlənmə) kəlməsi ilə də bağlı ola bilər: Bu söz dialektlərdə “bilikli” (Kürdəmir), “yetim” (Xaçmaz) və s. mənalarda işlədilir. Bədəl sözü ilə kökdaşdır və Məhəmməd P...    Ətraflı

8

abdı

abdı sözünün mənşəyi, abdı sözünün etimologiyası

Ərəbcə “qul” deməkdir. Abdi kimi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

9

abduğ (ovduq)

abduğ (ovduq) sözünün mənşəyi, abduğ (ovduq) sözünün etimologiyası

Ab farsca “su” deməkdir, duğ isə “qatıq”. Qatıqla suyu qarışdırıb atla­yaraq alınan ayrana abduğ deyirlər. Farslarda duğab sözü də var, “məhlul” an­lamında işlədilir. Müasir Azərbaycan ədəbi dilində bu söz ovduq şəklində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

10

Abduləhəd

Abduləhəd sözünün mənşəyi, Abduləhəd sözünün etimologiyası

Ərəbcə “tək olanın (Allahın) qulu” deməkdir (əhəd “tək” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

11

Abduləzim

Abduləzim sözünün mənşəyi, Abduləzim sözünün etimologiyası

Ərəbcə “Allahın (əzimin, böyük olanın) qulu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

12

Abdulhəmid

Abdulhəmid sözünün mənşəyi, Abdulhəmid sözünün etimologiyası

Ərəbcə “tərifə layiq olanın (Allahın) qulu” deməkdir. “Abdul” qula de­yir­­lər, həmd isə Əhməd, Məhəmməd kimi sözlərlə qohumdur, “tərifəlaiq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

13

Abdulvahab

Abdulvahab sözünün mənşəyi, Abdulvahab sözünün etimologiyası

Ərəbcə “səxavət sahibinin (Allahın) qulu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

14

Abdulxaliq

Abdulxaliq sözünün mənşəyi, Abdulxaliq sözünün etimologiyası

Ərəbcə “xaliqin (xəlq edənin, yaradanın, Allahın) qulu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

15

abey

abey sözünün mənşəyi, abey sözünün etimologiyası

Qədim yəhudi dilində “meh” (sübh yeli) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

16

abgərdən

abgərdən sözünün mənşəyi, abgərdən sözünün etimologiyası

Fars sözüdür (əsli abgərdən), “çömçə” deməkdir. Ab “su”, gərdan isə “gəzən”, “dolanan”, “hərəkət edən” deməkdir. Abgərdan hərfi mənada “suda dolanan, hərəkət edən, suyu qarışdıran” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

17

abgüşt

abgüşt sözünün mənşəyi, abgüşt sözünün etimologiyası

FFarsca ab (su) və güşt (ət) sözlərindən düzəlib, “ət suyu” (bozbaş) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

18

abhəyat

abhəyat sözünün mənşəyi, abhəyat sözünün etimologiyası

“Dirilik (həyat) suyu” deməkdir. Ab farscadır, həyat isə ərəbcə. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

19

abı

abı sözünün mənşəyi, abı sözünün etimologiyası

Fars sözüdür, ab “su”dur, -ı şəkilçisi (farsca -i şəkilçısi: ab -i) ondan sifət əmələ gətirib: “su rəngində olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

20

abır

abır sözünün mənşəyi, abır sözünün etimologiyası

(Əsli: abru) fars mənşəlidir, ab “su” deməkdir, ru isə “üz”; və onun 2 yozumu ola bilər:
1. “Üzünün suyunu ətəyinə axıtmaq”.
2. “Elə günə salmaq ki, tumanını qal­dı­rıb üzünü gizlətsin”. Deyimdəki bükmək sözü göstərir ki, 2-ci yozum daha doğ­ru­dur. Birinci doğru olsa idi, bükmək yox, tökmək söz...    Ətraflı