1. Basıb, ya sıxıb yastılamaq, şəklini pozmaq, vurub, toxundurub bir yerini çökəltmək. □ Qarpızı, qovunu əzmək. Samovarın, qazanın böyrünü əzmək.
2. Həvəngdə və s.-də döyüb narın etmək, toz halına salmaq. □ İstiotu həvəngdə əzirlər.
3. Ovmaq, doğramaq. □ Qızlar əkilmiş torpağın kəsəklərini əzir, alağını təmizləyir, cərgələrini hamarlayırdılar. (Ə.Vəliyev).
4. Hamarlığını, şaxlığını, düzlüyünü, yaxud ütüsünü pozmaq. □ Paltonu əzmək.
5. Basaraq, sıxaraq yumşaltmaq. □ Mumu əzmək.
6. Məcazi mənada: darmadağın etmək, məğlub etmək. □ Düşməni əzmək.
7. Məcazi mənada: döymək, kötəkləmək, əzişdirmək, vurub yaralamaq. □ Layiqmi lotular əzələr qardaşın başın? (C.Cabbarlı).
8. Məcazi mənada: sarsıtmaq, yox etmək. □ Köləlik yenə də Mahrunun iradəsini və şəxsiyyətini əzməmişdi. (M.S.Ordubadi).
9. Məcazi mənada: mənəvi əzab vermək, əziyyət vermək, incitmək, narahat etmək. □ Hər halda düşüncə məni əzirdi. (M.S.Ordubadi).
Həmçinin bax: