1. Əyri hala düşmək. □ Dəmir əyildi. Məftil əyilib. Ağac yaş ikən əyilir. (Atalar sözü).
2. Təzyiq, ağırlıq altında aşağıya doğru meyil etmək; sallanmaq. □ Ağacın budaqları əyilib.
3. Belini əymək, aşağı qatlanmaq. □ Əyilib daşı yerdən qaldırdı. Çarığa əyilməkdənsə, çəkməyə baş əyərəm. (Atalar sözü). Əyil dəsmalın götür; Mən götürsəm söz olar. (Xalq mahnısı).
4. Məcazi mənada: sitayiş etmək, səcdə etmək, baş əymək. □ Ağac əyildi, sındı, igid əyildi, öldü. (Atalar sözü). İgid oğul düşmənə əyilməz. (Atalar sözü).
5. Məcazi mənada: incimək, küsmək. □ Nə deməkdir dost dostundan əyilmək? (M.P.Vaqif).
6. Etina etmək, meyil göstərmək, fikir vermək. □ Gözlərini bir kərə silməzdi el; Qəzetəyə, jurnala əyilməzdi el.. (M.Ə.Sabir).
7. Batmağa doğru meyil etmək (Günəş haqqında). □ Dağ başını qar alar; Gün əyilər, saralar; İgid ölər, ad qoyar; Müxənnətdən nə qalar? (Bayatı).
Həmçinin bax: