Reklam
Reklam

Tarix terminləri lüğəti

əmlak senzi

ər. əmlak – sərvət, mal-dövlət + lat. census – qeydəalma, siyahıyaalma

Seçki hüququ əldə etmək üçün müəyyən olunmuş gəlirin, əmlakın və ya ödənilmiş verginin məbləği.

Ə.S.-nə görə, əvvəlcədən müəyyənləşdirilmiş miqdardan az gəliri və əmlakı olan, yaxud daha az vergi ödəyən şəxs seçki hüququndan məhrum edilir. XIX əsrdə geniş yayılmış Ə.S. hazırda vətəndaşların bərabərliyi prinsipinə zidd qayda kimi, demək olar, heç yerdə tətbiq olunmur.

Tarix terminləri lüğəti