Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əcaib [əca:yip] sifət ərəb

1. Çox qəribə, çox təəccüblü, qeyri-adi, görünməmiş. Əcaib heyvan. İşarə verildi və kiçik təyyarələr bir-birinin ardınca əcaib rəngarəng quşlar kimi havaya uçdu. (M.Rzaquluzadə).
2. Zərf kimi: çox qəribə, çox təəccüblü, qeyri-adi. Əcaib danışmaq. Əcaib görünmək.
3. İsim kimi: görünməmiş şey, çox qəribə şey, çox təəccüblü şey, qeyri-adi şey. Yetim əlində qoğal, əcaib! (Atalar sözü).
4. Heyranedici, misilsiz, xariqüladə, valehedici. Bu gün bir əcaib gözəl sevmişəm; Beləsi olmaz heç vilayətdə. (M.P.Vaqif).

Azərbaycan dilinin izahlı lüğəti