Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏZİZ ərəb.

aziz (əslində aziz) sözündəndir. Əziz kişi adı sevimli, istəkli, ürəyə yaxın, hörmətli, qiymətli, dəyərli, müqəddəs mənalarını ifadə edir.

Adın daşıyıcılarından Əziz Əliyev (1897-1962) ali təhsilli hərbi həkim, ictimai xadim olmuşdur. Görkəmli alim kimi Tibb İnstitutunun direktoru, sonradan Azərbaycan Dövlət Universitetinin rektoru vəzifələrinə təyin olunmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1948-ci ilin dekabrınadək isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1956-cı ildən ömrünün sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləmişdir. Tanınmış ictimai-siyasi xadim Əziz Əliyev dəfələrlə SSRİ, RSFSR, Azərbaycan SSR və Dağıstan MSSR Ali sovetlərinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti