amr sözündən olub, dilimizdə buyuran, əmr edən, hökm verən, əmr verən, hakim, hökmdar, başçı, böyük, tayfanın, elin başçısı deməkdir.
Dilimizdə Əmir formasında işlənən şəxs adı Şərqdə də, Orta Asiya türklərində, uyğurlarda, tatarlarda, bir sözlə, türk xalqlarının bir çoxunda bu gün də Amir/Emir biçimindədir. Əmir kişi adı əmr verən (ixtiyar sahibi, vəzifəli adam) anlamındadır. Əmir sözü ərəb dilində “rəis, başçı, hakim” kimi bir-birinə yaxın mənaları ifadə edir. Tarixdən də məlumdur ki, Əmir bəzi Şərq hökumətlərinin başçılarına və yüksək vəzifəli şəxslərə rəsmi verilən titullardan olmuşdur. Bu sözün bir qədər qısalmış variantı olan “əmir-əl” hərbi rütbəsi bu gün “admiral” şəklində bir çox dünya dillərində mövcuddur. Orta əsrlərdə ərəb xəlifələri “əmir əl-möminin” titulunu götürürdülər, bu, “iman gətirənlərin başçısı” anlamını ifadə edirdi. Mənbələrdə bu barədə bəhs edilir və göstərilir ki, qədim türk dillərində amir sözü “sevmək” feili ilə əlaqədardır, türklərdə -an şəkilçisinin əlavə edilməsi ilə düzəlmiş Amiran (sevən) adı barədə də məlumatlara rast gəlinir. Azərbaycan dilində Amir adı mövcud olsa da, bu gün, əsasən, dilimizin əsas fonetik qanununa uyğun olaraq dəyişmiş Əmir adına rast gəlinir. Lakin müasir Azərbaycan dilində amir, amiranə sözləri ümumişlək sözlər sırasındadır. Bu gün məişətimizdə Amir adını daşıyan çox az adama rast gəlmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğəti