Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏHL ərəb mənş.

ahl/ahli sözündən olub, dilimizə tərcümədə yiyə, sahib, malik, ailə, külfət deməkdir.

Dilimizdə ərəb dilindən alınma əhli-dərd, əhli-elm, əhli-kef, əhli-hal və s. kimi kifayət qədər ümumişlək tərkiblər də mövcuddur. Əhl eyni zamanda İslam dinində Məhəmməd Peyğəmbərin övladlarına verilən adlardandır. Azərbaycan antroponimikasında Əhl(i) sözü mürəkkəb şəxs adlarında adətən tərkibdə işləndiyi kimi sahib, malik (olan) mənasını ifadə edir. Məsələn, Əhliman (bax: ad – ƏHLİMAN), Əhlinaz (bax: ad – ƏHLİNAZ), Əhliyə (bax: ad – ƏHLİYƏ) və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti