Reklam
Reklam

Tarix terminləri lüğəti

şudralar

Qədim Hindistanda mövcud olmuş 4 başlıca silkdən (varnalardan) ən aşağısı.

Digər üç silkin nümayəndələrinə xidmət etmək Ş.-ın borcu sayılıb. Ehtimallara görə, Ş. varnası arilərin özlərinə tabe etdikləri yerli əhali nümayəndələrindən formalaşıb. Sonralar isə kölələri, əsirləri, asılı kəndliləri, icarədarları və öz torpağı olmayan digər şəxsləri də Ş.-a aid ediblər. Onların dövlət vəzifələri tutmaq, torpaq üzərində mülkiyyət qazanmaq, habelə siyasi həyatda və dini mərasimlərdə iştirak etmək hüquqları olmayıb. Eramızın ilk əsrlərindən Ş.-a qarşı tətbiq olunan məhdudiyyətlərin bəziləri aradan qaldırılıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti