Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

şahbaz fars

1. Tərlan, şahin.

2. Məcazi mənada: igid, qoçaq adam haqqında.

3. Məcazi mənada: məğrur gözələ, gözəlin məğrur gözlərinə, baxışlarına işarə.

Yetirsəm özümü şahin, şahbazə,

Günü-gündən ömrüm olur tər, tazə.

Gözəllər dəstəylə çıxar pişvazə,

İzin versən qayıtmaram bu yoldan.

                            (“Bəhram-Gülxəndan”)

                             *

On üç ildi bərri-bəhri seyr etdim,

Şahbazımdan xəbər verən olmadı.

Şan-şövkəti, ləşkəri mən tərk etdim,

Bir yanıma gəlib görən olmadı.

             (“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)

                             *

Bu necə əndazdı, gəlin,

Baxışın şahbazdı, gəlin.

                        (“Şah İsmayıl”)

                             *

Səhər-səhər nə xoş gəlir avazın,

Gedibdir baharın, qalıbdır yazın,

Səni alır qaçar tülək şahbazın,

Sizin göldən bizim gölə gəl, sonam.

                    (Gürcü əlifbası ilə yazılmış əlyazması)

Azərbaycan dastanlarının leksikası